Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Azərbaycana hazır geyim ixracı 9 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq, 9 milyon 465 min 80 dollara bərabər olub.

Bu barədəTurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 61,4 faiz artaraq, 6 milyon 285 min 67 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 2 milyard 667 milyon 117 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 667 milyon 644 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər