Son dəqiqə

Beynəlxalq Hava Limanı Yük daşımaları Trabzon beynəlxalq hava limanı Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Trabzon hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin avqust ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 2 milyon 699 min 604 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 16 min 315 nəfər, beynəlxalq reyslər üzrə isə dəyişməyərək, 683 min 289 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 27 min 573 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 16 min 700 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 3 faiz azalaraq, 10 min 783 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 1 faiz artaraq,30 min 197 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı dəyişməyərək, 17 min 138, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 13 min 59 olub.

2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər