Son dəqiqə

Qırğızıstan TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi sərbəst kapital artımı Kapital artımı

Türkiyədə Qırğızıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 9 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 5 milyon 500 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 15 milyon 150 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (9) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 5 milyon 500 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - iyul ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 6 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər