Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi İyul statistikaları 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası İxracat

İyul ayında Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı 70 milyon dolları keçib (ÖZƏL)

Bakı. TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artaraq, 70 milyon 15 min 1 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq, 472 milyon 574 min 59 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 567 milyon 617 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 319 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər