Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Qazaxıstan kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq, 16 milyon 937 min 55 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq, 75 milyon 179 min 8 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyard 385 milyon 725 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 2 milyard 615 milyon 2 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 30 milyard 589 milyon 405 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər