Son dəqiqə

tender Türkiyə Daxili İşlər Nazirliyi Türkiyədə tender Türkiyə Baş Polis İdarəsi 2025 tender elanları

Türkiyə DİN 5G Səs və Görüntü Yayım Cihazları alacaq

BAKI, TurkicWorld

Türkiyə Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi tərəfindən 20 ədəd 5G texnologiyalı səs və görüntü yayımı cihazlarının satın alınması ilə bağlı tender elan olunub.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 130 gün ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 16 iyun 2025-ci il tarixinə qədər "Ayrancı Mah. Dikmen Cad. No:11 06690 Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər