Son dəqiqə

Mikayıl Cabbarov

Azərbaycan Aİ ilə rəqəmsal iqtisadiyyatın genişləndirilməsini müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycan Avropa İttifaqı ilə rəqəmsal iqtisadiyyatın genişləndirilməsini müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru cənab Gert Yan Koopman ilə görüşmək xoş oldu. Aİ - Azərbaycan əməkdaşlığının yaşıl enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər