Azərbaycan Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İqtisadiyyat naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirib, gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə görüşlər keçirib.

TurkicWorld xəbər verir ki, görüşlərdə qaliblərin Mentorluq proqramı çərçivəsində fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri səriştələr, müsabiqənin karyera irəliləyişi baxımından yaratdığı üstünlüklər və yeni imkanlar müzakirə edilib.

“Yüksəliş” müsabiqəsinin qalibləri proqram müddətində keçirilən görüşlərin və iqtisadiyyatın müxtəlif istiqamətlərində aparılan müzakirələrin onların peşəkar inkişafında mühüm rol oynadığını qeyd ediblər. Görüşlərdə gəncləri maraqlandıran suallar cavablandırılıb, qazandıqları yeni bilik və təcrübələr barədə fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər