Son dəqiqə

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi SOCAR SOCAR-ın Müşahidə Şurasının növbəti iclası SOCAR-ın Müşahidə Şurası

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

BAKI, TurkicWorld

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə TurkicWorld-ə SOCAR-dan məlumat verilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci ilin doqquz ayının maliyyə və əməliyyat nəticələri, 2026-ci il üzrə büdcəsi və borc öhdəliklərinin idarə edilməsinə dair məsələlər, həmçinin 2025-ci ildə dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub.

Müzakirələrin nəticəsində dividend ödənişi məqbul hesab edilib və müəyyən edilmiş hədəflər istiqamətində şirkətin 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verilib.

Mövzuya görə xəbərlər