Son dəqiqə

Legion Financial ASC-nin səhmlərinin yerləşdirilməsi başa çatdı Bakı Fond Birjasında Legion Financial səhmləri ticarətə buraxıldı Legion Financial ASC-nin səhmləri Standart Bazar listinqinə daxil edildi Yeni emitent birjada: Legion Financial səhmlərinin yerləşdirilməsi tamamlandı Legion Financial səhmlərinin abunə yazılışı prosesi yekunlaşdı Bakı Fond Birjasında yeni səhmlər: Legion Financial bazara daxil oldu

“Legion Financial” ASC-nin səhmlərinin yerləşdirilməsi başa çatıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

9 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, "Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı 18.02.2026-cı il tarixində başlayaraq, 10 iş günü davam edib və martın 3-ü yekunlaşıb.

Qeyd olunan səhmlərin yerləşdirilməsi 12 mart 2026-cı il tarixində yekunlaşıb.

Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001025464

Səhmin növü və forması

Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

6,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

600,000 manat

Hərrac qiyməti

100 manat

Reallaşdırılmış həcm

220,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

220,000 manat

İnvestor sayı

3

Sifariş sayı

3

Yerləşdirmənin yekunlaşdığı tarix

12.03.2026

Anderrayter

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC