Türkiyə elektrikli avtomobil istehsalı üzrə qlobal mərkəzə çevriləcək – Mustafa Varank

Türkiyə elektrikli avtomobil istehsalı üzrə qlobal mərkəzə çevriləcək – Mustafa Varank

Bakı. TurkicWorld:

Sənaye və Texnologiya naziri Mustafa Varank Türkiyənin elektrikli avtomobil istehsalı üzrə qlobal mərkəzə çevriləcəyini və bir çox xarici şirkətin ölkəyə investisiya yatırmağı planlaşdırdığını qeyd edib.

TurkicWorld-un məlumatına görə, Varank bunu Ankarada keçirilən iqlim dəyişikliyinə həsr olunmuş zirvə toplantısıdakı çıxışı zamanı bildirib. O bildirib ki, avtomobil istehsalçısı Ford Türkiyədə bu sahədə irimiqyaslı sərmayələr yatırmağa davam edir və Kocaeli əyalətinin şimal-qərbində elektrikli avtomobillərin istehsalına başlamağı planlaşdırır

“Əminik ki, Türkiyə elektrikli avtomobillərin istehsal bazası üzrə qlobal mərkəzə çevriləcək və buna heç bir şübhə yoxdur”- deyə, Mustafa Varank bildirib.

Nazir həmçinin onu da əlavə edib ki, digər qlobal brendlər də ölkədə yeni imkanlar axtarışındadır.

Qeyd edək ki Ford şirkəti Türkiyədə 1977-ci ildən etibarən fəaliyyət göstərir və şirkətin bu ölkədə 5 müəssisəsi var. Ford şirkəti 2019-cu ildən etibarən Türkiyədə ikinci ən böyük sənaye müəssisəsi olub.