Qırğızıstan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü xarici turist axını Türkiyə 2025 turizm statistikası Türkiyə turizmi 2025

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin martında Qırğızıstandan Türkiyəyə 11 min 789 turist səfər edib ki, bu da 2024-cü ilin martı ilə müqayisədə 5,35 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,50 faiz təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında Qırğızıstandan Türkiyəyə 35 min 487 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,69 faiz azdır.

2025-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,55 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin martında Türkiyəyə 2 milyon 346 min 403 turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 13,14 faiz azdır.

2025 -ci ilin yanvar-mart aylarında 6 milyon 689 min 463 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azdır.

Mövzuya görə xəbərlər