Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi sement 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası

Türkiyənin sement ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-mart aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq, 1 milyon 15 min 119 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 376 min 488 dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 4 milyon 270 min 944 dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər