Türkiyə Ticarət nazirliyi xarici ticarət dövriyyəsi Qaradəniz Türkiyə ticarət balansı Türkiyə xarici ticarət statistikası

Yanvar ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,2 faiz artaraq 2 milyard 889 milyon 144 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2025-ci ilin yanvar ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 5 milyard 512 milyon 337 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 868 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin yanvar ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artaraq 21 milyard 165 milyon dollar, idxalı isə 9,6 faiz artaraq 28 milyon 703 min dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Mövzuya görə xəbərlər