Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə ixrac və idxal göstəriciləri Türkiyə ticarət balansı Türkiyə iqtisadi göstəricilər

Yanvar ayında Türkiyənin Xarici Ticarət Dövriyyəsi 50 milyard dollara çatıb (ÖZƏL)

Bakı, TurkicWorld

Bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 868 milyon dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin yanvar ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artaraq 21 milyard 165 milyon dollar, idxalı isə 9,6 faiz artaraq 28 milyon 703 min dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Mövzuya görə xəbərlər