Son dəqiqə

Türkiyədə tender

İstanbul bələdiyyəsi yanğından xilasetmə ləvazimatları satın alacaq

Bakı,TurkicWorld

İstanbul bələdiyyəsi 70 növ yanğından xilasetmə ləvazimatlarının alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra bələdiyyənin təyin etdiyi vaxtda təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 11 fevral 2025-ci il tarixinə qədər “Osmaniye Mahallesi Çobançeşme Koşuyolu Bulvarı No:5 Kat:4 34146 Bakırköy/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Mövzuya görə xəbərlər