BAKI,TurkicWorld, Fərid Mikayılov
İstanbulun Esenyurt rayonunda iki yeni məktəbin tikintisi üçün açıq tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 750 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 24 mart 2026-ci il tarixinə qədər "İstanbul Valiliği Yatırım İzleme ve Koordinasyon Başkanlığı Hırka-i Şerif Mah. Adnan Menderes (Vatan) Bulvarı No:64 34091- Fatih Fatih/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir


