Son dəqiqə

Türkiyə tender Türkiyədə tender 2025 tender elanları

Anadolu Universiteti 30 kompüter və qrafik prosessorlu server alınması üzrə tender elan edib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Anadolu Universiteti Dövriyyə Vəsaiti İdarəsi 30 ədəd kompüter və qrafik prosessorlu serverin alınması üzrə açıq tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra ən gec 60 gün ərzində bütün malların tam və qüsursuz şəkildə təhvil verilməsi nəzərdə tutulur.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 16 mart 2026-ci il tarixinə qədər "Yunus Emre Kampüsü, 26470 Tepebaşı/Eskişehir" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər