BAKI,TurkicWorld, Fərid Mikayılov
Kayseri Su və Kanalizasiya İdarəsi (KASKİ) içməli su infrastrukturu üçün transformator, SCADA elektrik avadanlığı, generator, elektrik kabelləri, elektrik xırdavatı və tezlik çeviricilərinin satın alınması məqsədilə açıq tender elan edib.
Tender 6 hissədən ibarətdir:
- 1-ci hissə: Transformator alışı (5 növ) – 45 gün
- 2-ci hissə: SCADA elektrik avadanlığı (165 növ) – 90 gün
- 3-cü hissə: Generator alışı (4 növ) – 90 gün
- 4-cü hissə: Elektrik kabelləri (35 növ) – 45 gün
- 5-ci hissə: Elektrik xırdavatı (139 növ) – 45 gün
- 6-cı hissə: Tezlik çeviriciləri (11 növ) – 45 gün
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avadanlıqların təhvil yeri KASKİ Germiraltı Təsisləri kimi müəyyən olunub. Müqavilə imzalanan gün işə başlanma tarixi hesab ediləcək.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 mart 2026-ci il tarixinə qədər "Yakut Mah. Mustafa Kemal Paşa Bulvarı No:186 PK:38040 Kocasinan/Kayseri" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir







