BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyənin Dənizli vilayətinin Mərkəzefendi Bələdiyyəsi 2026-cı il üçün yol tikintisi və yol təmiri materiallarının satın alınması məqsədilə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 280 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 6 mart 2026-ci il tarixinə qədər "Sırakapılar Mah. 1581 Sk. No: 4 Merkezefendi/Denizli" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir





