Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi

Türkiyədən Qırğızıstana hazır geyim ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Qırğızıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz azalaraq, 147,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Qırğızıstana 20,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 23,1 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq, 13,6 milyar dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib

Mövzuya görə xəbərlər