Bakı, TurkicWorld
Bakı şəhərində Azərbaycan və Pakistan arasında biznes əlaqələrinin inkişafına yönəlmiş forum fəaliyyətə başlayıb.
TurkicWorld xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Pakistan İslam Respublikasının federal ticarət naziri Cavad Pol və Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddinin çıxış edəcəklər.
Forum çərçivəsində B2B müzakirələrinin keçirilməsi gözlənilir.