Son dəqiqə

Azərbaycan nefti Brent Azeri Light

Azərbaycan neftinin qiyməti enib

Bakı, TurkicWorld

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları, yaxud 3,69 % azalaraq 78,55 ABŞ dolları olub.

TurkicWorldxəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 77,23 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mövzuya görə xəbərlər