Bakı, TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 33,8 faiz artaraq 847 milyon 454 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 21,4 faiz artaraq, 5 milyard 781 milyon 393 min dollar olub.
“Bu ilin iyul ayında Türkiyənin D-8 ölkələrdən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 1 milyard 373 milyon 275 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, 2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin D-8-ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 12,9 faiz artaraq, 8 milyard 694 milyon 163 min dollar təşkil edib.
Məlumat üçün qeyd edək ki, bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyar 315 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.
“Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.