Son dəqiqə

BMT xarici QHT COP29

“COP29 QHT Koalisiyası”na daha 9 ölkədən 15 xarici QHT qoşulub

Bakı, TurkicWorld

İyulun 29-da "COP29 QHT Koalisiyası"nın "Zoom" vasitəsilə ikinci hibrid görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, görüşdə inklüzivlik mövzusunda xarici və yerli vətəndaş cəmiyyəti təmsilçiləri geniş müzakirələr aparıb.

Görüşə Azərbaycan Milli QHT Forumunun dəvəti ilə COP29-da BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova qonaqlar qismində qatılıb, onlar sualları cavablandırıb.

Hazırda "COP29 QHT Koalisiyası"nda 39 ölkədən 123 xarici QHT təmsil olunur. Azərbaycan QHT-lərini isə Koalisiyada milli çətir təşkilat olan Azərbaycan Milli QHT Forumu təmsil edir.

Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, son günlər Norveç, İspaniya, Rumıniya, Şri-Lanka və digər ölkələrdən də xarici QHT-lər Koalisiyaya qoşulub:

"Müraciətlər davam edir. Fikrimizcə, bu, çox unikal platformadır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik QHT-lərin birləşdiyi 9 Həmfikir Qrupdan (Constituency) olan 39 QHT də Koalisiyada təmsil olunur".

Mövzuya görə xəbərlər