Şuşa, TurkicWorld
Müasir dünyada kolonializmin qəbul olunmaz bir amil kimi nəzərə alırıq. Yeni Kaledoniyada baş verənləri görürsünüz. Bu hələ də kolonizalizmin höküm sürdüyünü göstərir. Mən bu gün sizə Fransa kononializmi barədə məlumat təqdim edəcəm.
TurkicWorld -in məlumatına görə, bunu bu gün idarəçilik üzrə beynəlxalq məsləhətçi Karl Korbin Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.
O qey edib ki, bu ərazilər müstəmləkə formatından çıxıb öz müqəddəratını təyin etməlidir.
"BMT-nin nizamnaməsi açıq şəkildə bu parametrləri özündə əks etdirir. Burada xalqların öz müqəddəratı hüququ əks olunub", - deyə o qeyd edib.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.