Son dəqiqə

Türkiyə İran

Türkiyədə qurulan İran şirkətlərinin sayı iki dəfə azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-may ayında Türkiyədə İran kapitalı ilə 161 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 205 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 188,6 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 200,5 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (144) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 177,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-may ayında Türkiyədə İran kapitalı ilə 70 ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər