Son dəqiqə

Türkiyə

Türkiyə şirkətlərinin reytinq bölgüsü yaxşılaşıb

Bakı, TurkicWorld:

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 15 türk şirkətinin reytinq bölgüsünün son bir neçə rübdə yaxşılaşdığını və şirkətlərin bu il də strateji böyümə layihələrinə sərmayə qoymağa davam edəcəyini gözlədiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə agentlik tərəfindən türk şirkətlərinin kredit reytinqi proqnozları ilə bağlı dərc etdiyi hesabatda məlumat verilir. Hesabata əsasən Türkiyənin 15 şirkətin reytinq bölgüsünün ölkə reytinqinin artması nəticəsində yaxşılaşdığı qeyd edilir.

Hesabatda 2023-cü ilin dekabr ayından etibarən 11 şirkət üçün reytinq dərəcəsi artırılarkən, ixracatçıların 40%-nin reytinqinin indi müsbət proqnoza sahib olduğu qeyd edilib. Buna əsas səbəi kimi Türkiyənin kredit reytinqinin “B+” səviyyəsinə yüksəlməsi göstərilib.

Həmçinin o da qeyd edilib ki, ölkədə faiz dərəcələrinin yüksək olması şirkətlərin pul vəsaitlərinin hərəkətinə mənfi təsir göstərə bilər.

Hesabatda eyni zamanda Avropa istiqraz bazarının bəzi türk şirkətləri üçün yenidən açıldığı xatırladılıb və son istiqraz buraxılışlarının emitentlərin likvidlik buferlərinin artmasına kömək etdiyi, lakin orta borc ödəmə profillərinin nisbətən qısamüddətli olduğu bildirilib.

Mövzuya görə xəbərlər