Bakı. TurkicWorld:
İran Radio və Televiziya İdarəsi (IRİB), Britaniyada yerləşən “Kim Milyonçu Olmaq İstəyir?” verilişinin İran versiyası olan “Barende baş” yarışma proqramını müvəqqəti olaraq efirdən çıxarıb.
TurkicWorld xəbər verir ki, İran dini lideri Əli Xameneyi bu proqramların ölkəni təhlükə altına atdığına dair xəbərdarlıq edərək, dövlətin təşviq etmək istədiyi “zəhmətkeşlik və istehsal siyasətinə” zərər verdiyini bildirib.
Şiə Dini İdarəsi (Təklid İdarəsi) Ayətullahüzma Nasir Məkarim Şirazi BBC-yə verdiyi açıqlamada proqramı “qumar” və “şans oyunları” adlandırıb və bu cür proqramların İslam şəriətində qadağan olunduğunu vurğulayıb.
Aktyor Məhəmməd Rza Qolzarın aparıcılıq etdiyi proqramda iştirakçılara 2 milyard İran rialı (təxminən 47 min dollar) udmaq şansı verilir.
İran İslam Respublikasının rəsmi xəbər agentliyi (İRNA) “halal kazino idarəçiliyi” kimi qələmə verdiyi bu cür yarışların idarəçilərini tənqid edərək bildirib ki, hakimiyyət bu cür proqramların qanuniliyini araşdırır.
Qeyd edək ki, 1998-ci ildən efirdə olan “Kim milyonçu olmaq istəyir?” yarışı 100-dən çox ölkədə yayımlanan viktorina şousudur.