Son dəqiqə

Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi

Yanvar-may aylarında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 faiz azalaraq, 47 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Qazaxıstana 13,4 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 21,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"Bu ilin may ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 6,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər