Bakı. TurkicWorld:
3-4 iyun 2024-cü il tarixlərində Avstriyanın Vyana şəhərində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe, bu ölkənin "Rail Cargo" və digər qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.
Bu barədə TurkicWorld-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkilində və geriyə yüklərin formalaşdırılmasında birgə əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb, həmçinin Qara Dəniz limanlarından Avropanın müxtəlif ölkələrinə daşımaların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məqsədilə modernləşdirilmiş və bu yaxınlarda yükdaşımalara start verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları haqqında məlumat verilib.
Avstriya şirkətlərinin rəhbərləri Orta Dəhliz, o cümlədən BTQ-nin imkanlarından istifadəyə böyük maraq göstərdiklərini bildiriblər.