BAKI,TurkicWorld ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər. FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq. Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir.
Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər.
“ADY Mobile” tətbiqində verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləmək lazımdır.







