Son dəqiqə

Azərbaycan Türkiyə Alparslan Bayraktar

Bu gün energetika sektoru kritik mərhələdədir - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Bu gün energetika sektoru kritik mərhələdədir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" sərgilərinin açılışında deyib.

"Dünya geosiyasi landşaftı dəyişən texnoloji nailiyyətlərdən və iqlim dəyişikliyi probleminin həll zərurətindən irəli gələn dərin transformasiya yaşayır. Əlçatan və etibarlı enerji təchizatı isə xüsusən daimi mübarizə və risklər şəraitinsdə gün keçdikcə son dərəcə çətinləşir. Pandemiya, iqlim dəyişikliyi, təchizat zəncirlərində fasilələr, yüksək enerji daşıyıcıları və xammal qiymətləri, kapitalın dəyərinin artması , yüksək inflyasiya, geosiyasi risklər, regional münaqişələr müasir enerji dünyasındakı son risklərdən yalnız bəziləridir", - o deyib.

Nazir qlobal iqtisadiyyatın 30 ildən az müddətdə dekarbonizasiyaya ehtiyacı olduğunu vurğulayıb.

"Buna nail olmağın yeganə yolu siyasətdə əsaslı dəyişiklikləri və əlbəttə ki, mühüm investisiyalardır. Bu investisiyalar sayəsində ki, bu gün burada təmsil olunan bir çox ölkə öz enerji təhlükəsizliyinin artırılmasında mühüm addımlar atıb. Enerji tədarükləri üzrə milli planımız "Net Zero" məqsədlərimizə və daha mühüm məqsədlərə nail olmaq öhdəliyimizi nümayiş etdirir. Biz bərpa olunan enerji potensialımızdan istifadə etmək üzrə altı əsas sahəyə fokuslanmışıq", - Alparslan Bayraktar deyib.

Mövzuya görə xəbərlər