Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi hazır geyim

Yanvar-aprel aylarında Türkiyənin hazır geyim ixracı 5 milyard dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 17,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər