Mikro, kiçik və orta sahibkarlığın ÜDM-də çəkisi 2025-ci ilədək 35%-ə çatdırılacaq

Mikro, kiçik və orta sahibkarlığın ÜDM-də çəkisi 2025-ci ilədək 35%-ə çatdırılacaq

Bakı. TurkicWorld :

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın ÜDM-də çəkisinin 2025-ci ilədək 35%-ə çatdırılması planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasıın kuluarlarında deyib.

Onun sözlərinə görə, 2022-ci ildə bu göstərici 17-18 faizə yaxın olub.

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı üzvə təqdim olunan layihələr balanslaşdırılmış şəkildə həyata keçirilməlidir. Yəni BMT-nin layihələri təkcə paytaxtı deyil, həm də bölgələri əhatə etməlidir. Bu regional səviyyədə həyata keçirilməlidir.

Burada Qarabağ və Şərqi Zəngəzura xüsusi diqqət yetirilməlidir. Reinteqrasiya prosesini nəzərə alaraq, növbəti mərhələdə işğaldan azad olunmuş ərazilərdə inklüziv artımın təmin olunması, sosial institutların möhkəmləndirilməsi, eləcə də, əhalinin təhlükəsizlik və səhiyyə xidmətlərinə çıxış imkanının genişləndirilməsi kimi layihələr daha aktiv şəkildə dəstəklənəcək", - o deyib.