...

Ərdoğan türk lirəsinin kəskin ucuzlaşmasından sonra Mərkəzi Bankın sədri ilə görüşüb

İqtisadiyyat Digər xəbərlər 23 Noyabr 2021 22:28
TurkicWorld Aytac Aliyeva
Ərdoğan türk lirəsinin kəskin ucuzlaşmasından sonra Mərkəzi Bankın sədri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu ilə Ankarada görüşü baş tutub.

TurkicWorld Bloomberg-ə istinadən xəbər verir ki, görüş türk lirəsinin keçən həftədən bu günə davam edən kəskin ucuzlaşmasından sonra reallaşıb.

Görüşlə bağlı detallar açıqlanmayıb. Türkiyə Mərkəzi Bankı da mövzunu şərh etməyib.

Qeyd edək ki, bu gün də türk lirəsi dollar qarşısında 11% dəyərdən düşüb və dollar/TL məzənnəsi 13 lirə səviyyəsini keçib.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti