Son dəqiqə

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Mehmet Şimşek çıxışı iqtisadi proqram faiz dərəcəsi

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini eyni saxladı

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Mərkəzi Bankı aprelin pul siyasəti qərarında uçot dərəcəsini sabit saxlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Pul Siyasəti Komitəsi bir həftəlik repo əməliyyatları üzrə əsas faiz dərəcəsinin 37 faiz səviyyəsində dəyişməz saxlanılmasına qərar verib.

Qərara əsasən, gecəlik borcvermə faizi 40 faizdə, borcalma faizi isə 35,5 faizdə sabit saxlanılıb.

Komitə bildirib ki, mart ayında inflyasiyanın əsas meyli zəifləsə də, ilkin göstəricilər aprel ayında müəyyən artım ehtimalına işarə edir. Qlobal geosiyasi gərginliklər fonunda enerji qiymətlərində yüksək dəyişkənlik müşahidə olunduğu qeyd edilib.

Açıqlamada vurğulanıb ki, iqtisadi fəallıqda müəyyən yavaşlama əlamətləri görünür və bu prosesin inflyasiya göstəricilərinə mümkün təsirləri diqqətlə izlənilir.

Mərkəzi Bank bəyan edib ki, qiymət sabitliyi təmin olunana qədər sərt pul siyasəti kursu davam etdiriləcək və zərurət yarandığı halda əlavə sərtləşdirmə addımları istisna edilmir.

Qurum həmçinin qeyd edib ki, kredit və depozit bazarlarında gözlənilməz dəyişikliklər baş verərsə, makroprudensial alətlərlə əlavə tənzimləmələr həyata keçiriləcək.

Komitə uzunmüddətli perspektivdə inflyasiyanın 5 faiz səviyyəsinə endirilməsi hədəfinə sadiqliyini bir daha təsdiqləyib.

Analitiklər hesab edir ki, faiz dərəcəsinin sabit saxlanılması bazarlara ehtiyatlı və nəzarətli siyasətin davam edəcəyi barədə siqnal verir.

Mövzuya görə xəbərlər