Son dəqiqə

Yüksələn Türkiyə Zirvələri 2026 Türkiyə iqtisadi strategiya paneli qlobal iqtisadi dəyişikliklərin Türkiyəyə təsiri Mehmet Şimşek çıxışı iqtisadi proqram Türkiyənin yeni iqtisadi yol xəritəsi qlobal risklər və Türkiyə imkanları

“Yüksələn Türkiyə Zirvələri” tədbiri - Zirvədə nələr müzakirə olunur?

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyədə qlobal iqtisadi dəyişikliklərin müzakirə olunduğu “Yüksələn Türkiyə Zirvələri” rəsmi şəkildə fəaliyyətə başlayıb.

TurkicWorld xəbər verir ki, Kanal 7 Media Qrupu tərəfindən təşkil olunan tədbirin ilk paneli Maliyyə naziri Mehmet Şimşekin iştirakı ilə Fatih Sultan Mehmet Vəqf Universitetində keçirilib. Açılış çıxışını qurumun rəhbəri Zəkəriyyə Karaman edib.

Çıxışında Karaman bildirib ki, dünya iqtisadiyyatı hazırda köklü transformasiya mərhələsindən keçir və bu dəyişikliklər təkcə bazarlara deyil, dövlətlərin strateji qərarlarına da birbaşa təsir edir. Onun sözlərinə görə, qeyri-müəyyənliyin normaya çevrildiyi bu dövrdə risklərin düzgün qiymətləndirilməsi və imkanların milli strategiya çərçivəsində idarə olunması həyati əhəmiyyət daşıyır.

Qeyd olunub ki, ticarət yollarının dəyişməsi, istehsal mərkəzlərinin yenidən formalaşması və enerji təhlükəsizliyi ilə maliyyə sabitliyi arasındakı əlaqənin güclənməsi yeni iqtisadi reallıqlar yaradır.

Karaman vurğulayıb ki, Türkiyə bu prosesdə passiv müşahidəçi deyil, strateji mövqeyi, istehsal potensialı və insan resursları ilə yeni qlobal iqtisadi düzənin əsas aktorlarından biri kimi çıxış edir.

Bununla yanaşı, çıxışda artan geosiyasi gərginliklər və qlobal böhranların iqtisadi sistemlərə təsirinə də diqqət çəkilib. Bildirilib ki, belə bir mürəkkəb şəraitdə ölkələrin düzgün yol xəritəsi müəyyən etməsi və iqtisadi dayanıqlığını artırması əsas prioritetə çevrilir.

Tədbir çərçivəsində ekspertlər qlobal maliyyə bazarlarındakı dalğalanmalar, tədarük zəncirlərinə təsir edən risklər və Türkiyənin bu kontekstdə potensial imkanlarını geniş şəkildə müzakirə edəcəklər.

Mövzuya görə xəbərlər