Bakı,TurkicWorld
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) 2024-cü ilin birinci rübündə qızıl ehtiyatlarını 30,12 ton artırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Dünya Qızıl Fondu məlumat yayıb.
Qızıl ehtiyatlarını göstəricilərinə görə Türkiyə birinci sırada yer alıb.
Həmin dövrdə Çin Mərkəzi Bankı qızıl ehtiyatlarını 27,06 ton, Hindistan 18,51 ton, Sinqapur isə 6,57 ton artırıb.
Dünya üzrə mərkəzi banklar qızıl ehtiyatlarını artırmağa davam edərkən, bəzi ölkələr isə satışları artırıb. Buna görə də Özbəkistanın qızıl ehtiyatları 13,69 ton, Taylandın 9,64 ton, İordaniyanın 4,51 ton, Almaniyanın isə 0,34 ton azalıb.
Qeyd edək ki, dünyada ən çox qızıl ehtiyatına malik ölkələrin siyahısında isə Türkiyə 570,30 ton qızıl ehtiyatı ilə dünyanın ən çox qızıl ehtiyatına malik 11-ci ölkəsidir.







