Azərbaycanda sahibkarlıq subyektlərinin 99,6 faizi KOB-lardır - Sahib Məmmədov

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,6 faizi KOB-lardır - Sahib Məmmədov

Bakı. TurkicWorld:

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,6 faizi KOB-lardır.

TurkicWorld-un məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bir sıra biznes nümayəndələrinə "Dayaq" mükafatının təqdim edilməsi mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) özəl sektorun payı 86,5 faiz, məşğulluqdakı payı isə 78 faizdən çoxdur.

"2023-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,2 faiz artıb. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri neft-qaz sektorunun ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 3 milyard ABŞ dollarına çatıb. Sahibkarlar da öz növbəsində onlar üçün yaradılmış əlverişli imkanlardan istifadə edərək, uğurla fəaliyyət göstərirlər", - deyə o qeyd edib.