Yanvar-noyabr aylarında İstanbul limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb (ÖZƏL)

Yanvar-noyabr aylarında İstanbul limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İstanbul limanı 1 520 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İstanbul limanı Türkiyə bayrağı altında üzən 596, digər ölkələrin bayraqları altında üzən 924 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_