Son dəqiqə

Türkiyə Özəl İstanbul Beynəlxalq Hava Limanı

Oktyabr ayında 60 milyondan çox sərnişin İstanbul Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin oktyabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 21 faiz artaraq, 64 milyon 613 min 433 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 38 faiz artaraq 15 milyon 675 min 588 nəfər, beynəlxalq reyslər üzrə isə 44 faiz artaraq 48 milyon 937 min 845 nəfər təşkil edib.

Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 2 milyon 194 min 172 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıraraq, 193 min 148 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 3 faiz azalaraq, 2 milyon 1 min 24 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 426 min 43 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 22 faiz artaraq 109 min 59, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 316 min 984 olub.

2023-cü ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 184 milyon 836 min 400 nəfər, yük dövriyyəsi isə 3 milyon 552 min 115 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər