Son dəqiqə

Maliyyə nazirliyi

Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb

Bakı. TurkicWorld:

Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.

Belə ki, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 3 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.

Mövzuya görə xəbərlər