Son dəqiqə

Maliyyə nazirliyi

Maliyyə Nazirliyi 586,9 mln. manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib

Bakı. TurkicWorld:

2023-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə TurkicWorld Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin dövrdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.

Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 90 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 4636,3 mln. manat məbləğində vəsaitin təyinatına istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 663,6 mln. manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Qeyd edilən 90 təşkilatda yoxlamalarla 586,9 mln. manat məbləğində artıq və əsassız ödənişlər, 131,9 mln. manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.

Mövzuya görə xəbərlər