Son dəqiqə

Maliyyə nazirliyi Azəri-Çıraq-Günəşli (AÇG)

2024-cü il üçün AÇG və Şahdəniz layihələri üzrə mənfəət vergisinin məbləği açıqlanıb

Bakı. TurkicWorld:

Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində AÇG və Şahdəniz layihələri üzrə mənfəət vergisi ümumilikdə 1975,0 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan müvafiq olaraq 2027,0 milyon manat və ya 2,0 dəfə, 2022-ci ilin icrası ilə müqayisədə isə 3418,9 milyon manat və ya 2,7 dəfə azdır.

TurkicWorld xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.

2023-cü ilin büdcə gəlirlərinin proqnozu ilə müqayisədə azalmaya səbəb 2024-cü ildə AÇG üzrə neft hasilatının 1,1 mln. ton (gündəlik 22,0 min barel) azalması, Şahdəniz layihəsi üzrə qazın orta qiymətinin cari il üzrə gözləniləndən 46,8 faiz (275,0 ABŞ dolları) az olmaqla hesablanması ilə bağlıdır.

2022-ci ilin faktıki icrası ilə müqayisədə azalmaya səbəb neftin 1 barelinin orta satış qiymətinin 43,6 ABŞ dolları, təbii qazın qiymətinin isə 1164,5 ABŞ dolları az götürülməklə hesablamaların aparılması ilə əlaqədardır.

Mövzuya görə xəbərlər