Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Pakistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 faiz azaldaraq 4,7 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Sentyabr ayında Türkiyə Pakistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,9 dəfə artıraraq 787 min dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalaraq, 11,1 milyard dollara bərabər olub.
Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 21,4 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 15,1 milyard dollar məbləğində polad məhsulları ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







