Son dəqiqə

Türkiyə Özəl Türkiyə hava limanları Milas-Bodrum beynəlxalq hava limanı

Sentyabr ayında Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin sentyabr ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 4 faiz artaraq, 3 milyon 490 min 914 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 11 faiz artaraq 1 milyon 900 min 238 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq 1 milyon 590 min 909 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 37 min 918 ton təşkil edib. Bununla yanaşı, sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 16 min 825 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 21 min 92 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 33 min 557 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 20 faiz artaraq 18 min 954, beynəlxalq reyslər üzrə isə 2 faiz azalaraq 14 min 603 olub.

2023-cü ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 165 milyon 177 min 396 nəfər, yük dövriyyəsi isə 3 milyon 162 min 222 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər