Bakı. TurkicWorld:
2023-cü ilin sentyabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 22 faiz artaraq, 57 milyon 973 min 944 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 16 faiz artaraq 14 milyon 201 min 646 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 43 milyon 772 min 298 nəfər təşkil edib.
Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 1 milyon 954 min 889 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 176 min 346 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 3 faiz azalaraq, 1 milyon 778 min 543 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 382 min 478 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 20 faiz artaraq 98 min 790, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 283 min 688 olub.
2023-cü ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 165 milyon 177 min 396 nəfər, yük dövriyyəsi isə 3 milyon 162 min 222 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.
Ləman Əsədli
Twitter: lamanasadli01