Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk ölkədir

Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk ölkədir

Bakı. TurkicWorld:

Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk ölkədir.

TurkicWorld şənbə günü xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

"Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində dünyanın 95 ölkəsinin alim və tədqiqatçıları tərəfindən 3532 elmi məqalə təqdim olunub. Azərbaycan həm də rekord sayda olmaqla, 214 elmi məqalə təqdim edib. Dövlətimiz ABŞ, İtaliya, Hindistan və Çindən sonra ən çox məqalə təqdim etməklə ən çox məqalə təqdim edən ölkələr beşliyinə daxil olub", - deyə o, vurğulayıb.

Nazir müavininin sözlərinə görə, Beynəlxalq Astronavtika Konqresinin məqsədi kosmik sahədə beynəlxalq əməkdaşlıq qurmaq, təcrübə və bilik mübadiləsi, müxtəlif yeniliklərin nümayişi və gənclərin bu sahəyə marağının artması üçün platforma yaradılmasıdır.

Xəbər yenilənəcək