Son dəqiqə

Türkiyə Özəl Türkiyə hava limanları Adana Beynəlxalq Hava Limanı

Avqust ayında Adana Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 3 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 20 faiz artaraq, 3 milyon 93 min 125 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 2 milyon 532 min 321 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 560 min 804 nəfər təşkil edib.

Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 32 min 961 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 24 min 507 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2 faiz artaraq, 8 min 454 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 31 min 594 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz dəyişərək 26 min 611, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 4 min 983 olub.

2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər